"Neftçi"nin prezidenti komandanın düşərgəsində olub
“Klubun düşərgəsinə gəlişimə komanda da, mən də sevindim. Düzdür, onlara sürpriz hazırlamışdım. Onlar gəlişimi bilmirdilər”. İdman.com.az məlumatına görə, bu sözü klubun rəsmi saytına “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib.

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulan klub rəhbəri “Neftçi”dəki islahatları gəncləşmə ilə izah edib: “Gələn kimi komandanın məşqinə yollandım. Burada yüksək ab-havanı gördüm. Legionerlərlə müqavilənin vaxtı bitdiyindən onlarla yollarımızı ayırdıq. Komandadan gedən yerli futbolçuların bəziləri ilə maliyyə məsələlərində razılaşmadıq, bəziləri isə əsas heyətə düşə bilmirdi. Onlara rəyimizi verdik ki, gedib başqa komandada oynaya bilsinlər.

Özünüz görürsünüz ki, heyətə yeni futbolçu cəlb etməmişik. Rəşad Sadiqov və Julius Vobay istisna olmAqla. Komandaya elə legionerlər cəlb edəcəyik ki, Çempionlar Liqasında “Neftçi” olaraq öz sözümüzü deyə bilək. Görürsünüz ki, heyət 70 faiz gəncləşib. Milli komandaya yeni nəfəs, yeni güc verəcək yerli oyunçular bəxş edəcəyik. İnanırıq ki, indiki heyətdən 2-3 gənc milli komandanın şərəfini qoruyacaq və bunu layiqli şəkildə edəcək”.

Xəbər 938 dəfə oxundu.