Macarıstanda 9 idmançı koronavirusa yoluxub | |
Macarıstanın üzgüçülük milli komandasının 9 üzvündə koronavirus aşkarlanıb. Azsport.az AIPS-in rəsmi saytına istinadən xəbər verir ki, onlardan götürülən Covid-19 analizlərin nəticələri pozitiv olub. Aralarında dünya çempionu Boqlarka Kapas və mundialın 3 mükafatçısı da var. İdmançılar sonuncu dəfə ötən ay Ərzurumda təlim-məşqdə olduqları üçün federasiya ehtimal edir ki, Türkiyədə virusa yoluxublar. |
|
Xəbər 944 dəfə oxundu. |
|
|