Avro-2012: Bilici öpməyin cəzası 463 avrodur
Xorvatiya – İrlandiya matçında meydana girən və xorvatların baş məşqçisi Slaven Bilici öpən azarkeş cərimə olundu. Polşanın Poznan şəhəri məhkəməsi qeyd edilən matç ətrafında qaydalara riayət etməyən, ümumiyyətdə 5 xorvat və 5 polyak fanatı, eləcə də sərxoş olan bir irlandiyalını pul cəzasına məruz qoyub.

İdman.com.az saytı xəbər verir ki, həmin matçda meydana girən 2 xorvat azarkeşə 463 avro pul cəzası kəsilib. Onlara həmçinin Poznanda stadionlara daxil olmağa 3 illik qadağa qoyulub. Həmin cəzalı cütlükdən biri elə Biliçi öpən azarkeş idi.

Daha bir xorvatı bir avtomobilin şüşəsini qırdığı üçün 230 avro həcmində cəzalandırıblar. Bundan əlavə digər 2 xorvatiyalı da dava saldıqları üçün 463 avroluq cəza alıb. Eyni davada iştirak edən 5 polşalı hərəyə 200-500 arası cərimə ödəməli olacaq. Sərxoş irlandın da cəriməsi 200 avrodur.

Xəbər 1036 dəfə oxundu.