Oliver Kan: «Niderland yığması komanda deyil»
Qitə çempionatında qrup mərhələsinin ən böyük maraqla gözlənilən və izlənilən matçlarından biri – Niderland – Almaniya qarşılaşması elə buna müvafiq reaksiyalar da doğurub. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv komandasının ikinci qələbə oyunu ilə təəssüratlarını bölüşüb: «Oyunda ehtiraslar maksimal həddə çatmışdı. Çox intensiv matç alındı. Lakin hərdən hər iki komandaya hücumda dinamiklik çatmırdı. Biz pley-offa çıxmaq fikrimizi təsdiqləmək istəyirdik. Buna görə də ikinci qələbə çox vacib idi. İndi növbəti mərhələnin qapısı bizim üçün vaçıqdı. Ancaq qrup qalibi olmaqda vacibdi. Çünki biz o zaman Qdanskda qalara bilərik. Bu isə növbəti mərhələdə üstünlük verəcək».

İdman.com.az saytı xəbər verir ki, oyunun qəhrəmanı Mario Qomeslə bağlı baş məşqçi deyib: «Qomes həmişə əsl döyüşçü olub. Mario dəfələrlə yerə yıxıldı. Lakin hər dəfə də qalxıb oyununu davam etdirirdi. Bu iki qol, əlbəttə ki, onun xeyrinə olacaq».
Bastian Şvaynştaygerlə bağlı məşqçinin fikri belədi: «Şvaynştayger hər oyunda artırır. Onun meydanda olması getdikcə daha çox nəzərə çarpır. Bastian fiziki cəhətdən daha möhkəm oyunçu olur və çoxsaylı mübarizələrdən qalib çıxır».

Rəqiblərə Lövün münasibəti isə belə olub: «Niderlandlıların bizim müdafiəni yarmaq üçün hücumda ideyaları çox az idi. Mənə elə gəlirdi ki, 60 dəqiqədən sonra Niderland «fiziki ölü» idi».

Matçın qəhrəmanı Mario Qomesin isə təəssüratları belə olub: «Böyük turnirlər qabağı həmişə böyük gözləmələr olur. Lakin heç vaxt startının necə olacağını bilmirsən. Niderlandlılar artıq iki oyunda uduzublar. Onlar elə ilk mərhələdən turniri tərk etmək təhlükəsi ilə üz-üzədilər. Bizdə isə hər şey yaxşıdı. Düşünürəm ki, Almaniyanı qarşıda finala uzun yol gözləyir».

Almanların keçmiş əfsanəvi qapıçısı Oliver Kan da niderlandlılar haqqında yuxarıdan aşağı danışıb: Niderland yığması komanda deyil. Onların problemləri van Bommeldən başlayıb. O həmişə əsas heyətdə meydana çıxır, baxmayaraq ki, yaxşı illəri artıq keçmişdə qalıb. Yetro Villems sabit oyun göstərdi, necəki bütün 18-yaşlılar göstərirlər».

Xəbər 1024 dəfə oxundu.