Qata Kamski Rəcəbovlu yeni turniri yeganə ağlabatan çıxış yolu sayır
ABŞ şahmatçısı Qata Kamski namizədlər turnirində yaranmış vəziyyətdə yeganə ağlabatan yolun Teymur Rəcəbovun iştirakçılar sırasına əlavə edilərək yeni turnirin keçirilməsini hesab edir.

Azsport.az xəbər verir ki, "bənzər hadisə tarixdə olub. Karpov - Kasprov matçı 5:3 hesabında dayandırılıb və yenidən 0:0-dan başlanıb. 8 şahmatçıdan soruşmaq olar ki, onlar belə çıxış yoluna etiraz etmirlər ki? Əminəm ki, şərəfi və ləyaqəti olan centlemenlər Teymurun bərabər səviyyədə yarışa qoşulmasını anlayışla qarşılayacaqlar".

“Artıq keçirilmiş oyunlar necə olsun?” sualına isə Kamski belə cavab verib: “Bunu bahalı bir sınaq kimi qəbul etmək olar. Ən yaxşı şahmatçıların pandemiya şəraitində vacib turnirdə necə oynamalarına bir baxış kimi. İndi onlar hamısı Rəcəbovla birgə əsl turnirdə oynaya bilərlər”.


Xəbər 476 dəfə oxundu.