Yekaterinburqda iddiaçılar turnirinin yeddinci turunun oyunları keçirilib
Martın 25-də Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində yeddinci turun oyunları keçirilib.

Səkkiz şahmatçının iştirak etdiyi turnirin yeddinci turunda Rusiya şahmatçısı Yan Nepomnyaşi fransalı Maksim Vaşe-Laqrava məğlub olub.

Turun digər oyunlarında bərabərlik qeydə alınıb. Belə ki, Rusiyanın digər təmsilçiləri Kiril Alekseyenko çinli Liren Dinq, Aleksandr Qrişuk Niderland təmsilçisi Aniş Giri, amerikalı Fabiano Karuana Çin şahmatçısı Hao Yanq ilə heç-heçə oynayıblar.

Yeddi turun nəticəsinə görə Y.Nepomnyaşı, M.Vaşe-Laqrav 4,5, H.Yanq, A.Giri, A.Qrişuk, F.Karuana 3,5, K.Alekseyenko və L.Dinq 2,5 xal toplayıblar.

On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.
Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.

Xəbər 405 dəfə oxundu.