Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi​ və​ Milli​ Olimpiya Komitəsinin birgə Bəyanatı
Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (Covid - 19)​ yarada biləcəyi təhlükə​ ilə bağlı Tokio 2020 Yay Olimpiya oyunlarının növbəti, 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürmüş və qarşı tərəfdən müsbət cavab almışdır.

Azərbaycan müstəqilliyi dövründə Olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə​ ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın​ oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim​ xüsusi proqram əsasında aparılıb.​

Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı​ aşağıdakı tədbirlər həyata keçiriləcək:

- oyunların başlanmasına qalan 1 il​ ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması;​

- 2020-ci ildə​ hazırlığın​ ən yüksək pilləsinə​ çatmış​ idmançıların​ 2021-ci ilə kimi​ formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;

- federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;

- gənc və perspektivli idmançılarla işin gücləndirilməsi;​

- karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim məşq toplantılarının davam etdirilməsi.

Xəbər 809 dəfə oxundu.