Moskvada keçiriləcək Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb
Moskvada keçiriləcək Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb.

Şahmat olimpiadasının 2021-ci ilin yayında keçirilməsi qərara alınıb. Eyni zamanda, Ümumdünya Şahmat Paralimpiadası gələn ilə təxirə salınıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının avqustun 6-dan 17-dək, Ümumdünya Şahmat Paralimpiadasının isə iyulun 30-dan avqustun 4-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.

AZƏRTAC

Xəbər 27 dəfə oxundu.