Yaponiyada Super Formula yarışlarının test yürüşləri keçirilir
Yaponiyadakı Fudzi trekində Super Formula yarışlarının test yürüşləri keçirilir.

Test yürüşlərində yaponiyalı pilotlarla yanaşı, Braziliya təmsilçisi Serxio Sette Kamara, kolumbiyalı Tatyana Kalderon, Fransa idmançısı Şarl Milezi, estoniyalı Yuri Vips və başqaları iştirak edirlər.

Qeyd edək ki, Super Formula yarışlarının ilk iki mərhələsi koronavirus pandemiyasına görə təxirə salınıb. Yarışın üçüncü mərhələsinin mayın 17-də Yaponiyadakı Avtopolis trasında təşkili nəzərdə tutulub.

AZƏRTAC


Xəbər 524 dəfə oxundu.