Bakıda keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya çempionatı təxirə salınıb
Mayın 14-16-da Bakıda keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya çempionatı təxirə salınıb.

Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçilik yaratması göstərilib.

Həmçinin mayın 8-10-na planlaşdırılan aerobika üzrə dünya yaş qrupları yarışı da keçirilməyəcək.

Hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant müəyyənləşdirir.


Xəbər 743 dəfə oxundu.