Yekaterinburqda keçirilən iddiaçılar turnirində Yan Nepomnyaşi liderliyə yüksəlib
Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində beşinci turun oyunları keçirilib.

Səkkiz şahmatçının mübarizə apardığı turnirdə rusiyalı Yan Nepomnyaşi çinli Hao Yanq ilə qarşılaşmadan qalib ayrılıb.

Bununla da xallarının sayını 3,5-ə çatdıran Y.Nepomnyaşi liderliyə yüksəlib.

Turun digər oyunlarında amerikalı Fabiano Karuana Niderland təmsilçisi Aniş Giri, Rusiyanın digər təmsilçiləri - Kiril Alekseyenko və Aleksandr Qrişuk müvafiq olaraq fransalı Maksim Vaşe-Laqrav və çinli Liren Dinq ilə heç-heçə ediblər.
Beş turun nəticəsinə görə, M.Vaşe-Laqrav 3, H.Yanq, A.Qrişuk, F.Karuana 2,5, K.Alekseyenko, A.Giri və L.Dinq 2 xal toplayıblar.

On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbov bu nüfuzlu turnirdə iştirak etməyib. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, yarışda iştirakdan imtina edib.

Xəbər 441 dəfə oxundu.