Reqbi üzrə dünya çempionatı koronavirus pandemiyasına görə təxirə salınıb
İtaliyada 20 yaşadək idmançılar arasında keçirilməsi nəzərdə tutulan reqbi üzrə dünya çempionatı koronavirus pandemiyasına görə təxirə salınıb.

Beynəlxalq Reqbi Federasiyasına istinadla xəbər verir ki, çempionatın iyunun 28-dən iyulun 18-dək Verona, Kalvizano və Viadana şəhərlərində təşkili nəzərdə tutulmuşdu.

Beynəlxalq federasiya yaxın aylarda keçirilməsi planlaşdırılan bir neçə yarışın da vaxtını dəyişib. Belə ki, kişi reqbiçilər arasında dünya seriyasının London və Paris mərhələləri sentyabrda baş tutacaq. Qadın idmançıların Kanadada təşkil olunacaq yarışı isə dekabrda keçiriləcək.

AZƏRTAC


Xəbər 459 dəfə oxundu.