"Fənərbağça" klubunun basketbolçularında koronavirus simptomları aşkarlanıb
İstanbulun "Fənərbağça" basketbol klubunun oyunçularında koronavirus simptomları aşkarlanıb.

Basketbolçularla yanaşı, texniki heyətin bəzi üzvlərinin də koronavirusa yoluxma ehtimalı var. İlk olaraq klubun həkimləri həmin şəxsləri müayinə edib, daha sonra isə xəstəxanaya yönləndiriblər.

"Fənərbağça" klubunun rəhbərliyi məsələ ilə bağlı ətraflı məlumat veriləcəyini bildirib.

AZƏRTAC

Xəbər 737 dəfə oxundu.