Badminton üzrə Avropa çempionatı təxirə salınıb
Beynəlxalq Badminton Federasiyası COVİD-19 səbəbindən bu idman növü üzrə Avropa çempionatının təxirə salındığını elan edib.

Yarış qeyri-müəyyən vaxta təxirə salınıb.

"Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı aprelin 21-26-da keçirilməli idi. Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun da iştirak edəcəyi turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası komandalararası dünya çempionatını və daha bir neçə turniri də təxirə salıb.

AZƏRTAC

Xəbər 801 dəfə oxundu.