Yekaterinburqda iddiaçılar turnirinin dördüncü turunda bütün oyunlar heç-heçə başa çatıb
Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində martın 21-də dördüncü turun oyunları keçirilib.

Səkkiz şahmatçının mübarizə apardığı turnirin dördüncü turunda bütün oyunlarda heç-heçə qeydə alınıb.

On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.

Qeyd edək ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.


Xəbər 444 dəfə oxundu.