Xokkey üzrə dünya çempionatı koronavirusa görə keçirilməyəcək
Mayın 8-də İsveçrədə keçirilməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.

Bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi.

Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb.

AZƏRTAC

Xəbər 694 dəfə oxundu.