Xantı-Mansiysk Ümumdünya Şahmat Paralimpiadasını keçirməkdən imtina edib | |
Xantı-Mansiysk Muxtar Dairəsi hakimiyyəti koronavirus infeksiyası səbəbindən Ümumdünya Şahmat Paralimpiadasını və FIDE-nin konqresini keçirməkdən imtina edib. Bu barədə muxtar dairənin qubernatoru Natalya Komarova bildirib. Qeyd edək ki, tarixdə ilk dəfə keçiriləcək Ümumdünya Şahmat Paralimpiadasının iyulun 30-dan avqustun 4-dək keçirilməsi planlaşdırılırdı. Bundan əvvəl 2020-ci il Ümumdünya Şahmat Olimpiadasının da Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşdırılsa da, daha sonra bu turnirin paytaxt Moskvada təşkili qərara alınıb. Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildə bir dəfə təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib. AZƏRTAC |
|
Xəbər 717 dəfə oxundu. |
|
|