Formula 1: “Ferrari”nin bazası aprelin 8-dək bağlanıb
“Ferrari” komandası Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yay fasiləsinin vaxtının dəyişdirilməsi haqqında qərarını dəstəkləyib.

Qərarı FIA-nın Avtoİdman üzrə Ümumdünya Şurası təsdiq edib.

“Ferrari” rəhbərliyi bildirib ki, hazırda dünya ölkələri koronavirus pandemiyası ilə mübarizə aparır. Bu səbəbdən komandanın bazası martın 19-dan aprelin 8-dək bağlı olacaq.


Xəbər 557 dəfə oxundu.