Le-Man marafonu koronavirus pandemiyası səbəbindən təxirə salınıb
Le-Man marafonu koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Marafon Sarte trasında sentyabrın 19-20-də keçiriləcək.

ACO avtomobil klubunun prezidenti və marafonun təşkilatçısı Pyer Fiyon deyib ki, yarışın əvvəlcə iyunun 13-14-də keçirilməsi nəzərdə tutulmuşdu. Marafonun təxirə salınmasını düzgün qərar kimi qiymətləndirirəm. Əsas məqsədimiz virusun geniş yayılmasının qarşısını almaqdır.

AZƏRTAC

Xəbər 438 dəfə oxundu.