Bütün tennis turnirləri koronavirusla əlaqədar iyunun 7-dək təxirə salınıb
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) və Qadın Tennisçilər Birliyinin (WTA) xətti ilə keçiriləcək bütün turnirlər yeni koronavirusla (COVİD-19) əlaqədar iyunun 7-dək təxirə salınıb.

ATP-nin və WTA-nın birgə açıqlamasında iyunun 7-dək heç bir turnirin təşkil olunmayacağı bildirilib. Qərara əsasən, Madriddə və Romada qadın və kişi atletlərin iştirakı ilə keçirilməli olan turnirlərlə yanaşı, Strasburqda və Rabatda qadınlar, Münxen, Estoril, Cenevrə və Lion şəhərlərində isə kişilər arasında təşkili planlaşdırılan yarışlar ləğv edilib.

AZƏRTAC

Xəbər 632 dəfə oxundu.