“Düşərgəmizdə əla abu-hava hökm sürür”
“Hələlik gündə 2 dəfə - səhər və axşam saatlarına məşq təyin etmişik. Bu məşqlərdən biri fiziki, digəri isə taktiki tapşırıqlar üzərində qurulub”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “ağ-qaralar”ın çalışdırıcısı hazırlıq barədə klubun rəsmi saytına danışıb:

“Düşərgəmizdə əla abu-hava hökm sürür, bütün futbolçular məşqlərdə səylə çalışır. Hazırlıq prosesinə gəncləri də cəlb etmişik. Futbolçuların hazırlığı üçün zəruri olan hər şərait burada yaradılıb. Təbii ki, biz də klub rəhbərliyinin bu diqqət və qayğısı müqabilində komandanı yüksək hazırlıq səviyyəsinə gətirməliyik”.

Xəbər 1134 dəfə oxundu.