Azərbaycan Premyer Liqasının bərpası ilə bağlı klubların baş məşqçiləri ilə görüş keçiriləcək
Azərbaycan I Divizionu və Azərbaycan Premyer Liqasının aprelin 14-nə qədər bərpa olunmayacağını açıqlayırıq.
Bu barədə Azərbaycan Peşəkar Futbol Liqasının məlumatında bildirilib.

Dünyada geniş yayılmış koronavirus pandemiyasına görə demək olar ki, bütün turnirlər ya təxirə salınıb, ya da ləğv olunub. Bu pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli addımlar atılır. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın göstərişini rəhbər tutaraq Azərbaycan I Divizionu və Azərbaycan Premyer Liqasının aprelin 14-nə qədər bərpa olunmayacağını açıqlayırıq. Əgər aprelin 14-də tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası olaraq klubların baş məşqçiləri ilə görüş keçirəcək, ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq.
Qeyd edək ki, UEFA martın 17-də keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.


Xəbər 806 dəfə oxundu.