Futzal üzrə Çempionlar Liqasının dördlər finalı təxirə salınıb
Futzal üzrə Çempionlar Liqasının dördlər finalı koronavirusa görə təxirə salınıb.

Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Turnir aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.

Qeyd edək ki, yarımfinal oyunlarında “Barselona” (İspaniya) – KPRF (Rusiya) və “Mursiya” (İspaniya) – “Tümen” (Rusiya) komandaları qarşılaşacaq.

Xəbər 672 dəfə oxundu.