MBA-da müntəzəm çempionat yayda bərpa oluna bilər
Milli Basketbol Assosiasiyasında (MBA) müntəzəm çempionat yayda bərpa oluna bilər.

“New-York Times” nəşrinin məlumatına görə, assosiasiya rəhbərliyi mövsümü avqustun ortalarından davam etdirmək istəyir. O zaman komandaların öz oyunlarını təkcə əsas arenalarda yox, ehtiyat meydanlarda da keçirməsi mümkündür.

Xatırladaq ki, bir müddət əvvəl “Yuta Caz”dan Rudi Qober və Donovan Mitçell, “Detroyt Pistons”dan isə Kristian Vudun koronavirusa yoluxduğu aşkarlanmışdı. Hazırda MBA klublarının üzvləri karantindədir.

Xəbər 667 dəfə oxundu.