Formula 1-də yay tətilinin ləğv edilməsi gözlənilir
Formula 1-də yeni mövsüm başlansa, yay tətili olmayacaq.

Komandalar tətili aprel ayına keçirmək haqda fikirləşir. Amma hələlik razılıq əldə olunmadığından bu variant sadəcə bir ideya olaraq qalır. Bunun üçün isə komandalar arasında fikir ayrılığı olmamalıdır.

Formula 1-in yeni mövsümünə ötən həftə Avstraliyada start verilməli idi. Amma təsnifat mərhələsinin başlamasına iki saat qalmış yarışın təxirə salınması ilə bağlı qərar qəbul olunub. Daha sonra Bəhreyn və Vyetnam Qran-Priləri ləğv edildi. Çin Qran-Prisinin keçirilməyəcəyi isə bütün bunlardan əvvəl məlum idi. Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Prilərinin taleyi də sual altındadır.

Xəbər 643 dəfə oxundu.