Tennis üzrə “Rolan Qarros” turniri təxirə salınıb
Mayın 25-dən iyunun 7-dək Parisdə keçirilməsi nəzərdə tutulan tennis üzrə Fransa Açıq çempionatı (“Rolan Qarros”) koronavirus pandemiyasına görə təxirə salınıb.

Bu barədə məlumatı turnirin mətbuat Xidməti yayıb.

“Rolan Qarros”un payızda, sentyabrın 20-dən oktyabrın 4-dək təşkil olunacağı bildirilir.

Qeyd edək ki, Fransa Açıq çempionatının son qalibi ispaniyalı Rafael Nadaldır.

AZƏRTAC

Xəbər 690 dəfə oxundu.