UEFA Avropa çempionatına alınan biletlərin pulunu qaytaracaq
UEFA “Avro-2020”i üçün alınan biletlərin geri qaytarıla biləcəyini açıqlayıb.

Qurum bilet sahibi olanlara 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə ödədikləri məbləğin tam şəkildə qaytarılacağına zəmanət verib.

Gələn ay ərzində bu proses barədə elektron poçt və “euro2020.com/tickets” keçidi vasitəsilə əlavə məlumat veriləcək.

Xatırladaq ki, qərara əsasən turnir gələn il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Xəbər 837 dəfə oxundu.