Koronavirus səbəbindən Formula 1 Monako Qran-Prisinin hazırlıq işləri təxirə salınıb
Formula 1 Monako Qran-Prisinin təşkilatçıları müvəqqəti tribunaların quraşdırılmasına başlamayıb.

Yarışın təşkilatçısı olan Monako Avtomobil Klubu bu işləri hər il İtaliyadan gələn işçilərə tapşırırdı. Koronavirus səbəbindən İtaliya və Monako arasında sərhədlər bağlı olduğu üçün hazırlıq işləri təxirə salınıb.

Avropa mətbuatı Monako Qran-Prisinin koronavirus səbəbindən ləğv olunacağını yazır.

Qeyd edək ki, Monakoda yürüşün mayın 22-24-də keçirilməsi nəzərdə tutulub.


Xəbər 771 dəfə oxundu.