“Qəbələ” və “Səbail” futbol klubları fəaliyyətlərini müvəqqəti olaraq dayandırıblar
Azərbaycanın “Qəbələ” və “Səbail” futbol klubları fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını açıqlayıblar.

Klublar koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, daha öncə “Neftçi”, “Sumqayıt” və “Sabah” da bütün komandaların məşqlərinə fasilə verdiyini açıqlamışdı.

Xəbər 789 dəfə oxundu.