“Grand Prix 247”: Formula 1 Monako Qran-Prisi ləğv olunacaq
Yaxın günlərdə Formula 1 rəhbərliyi koronavirus pandemiyasına görə Monako Qran-Prisinin ləğv olunacağını elan edəcək.

Bu barədə “Grand Prix 247” nəşri məlumat yayıb.

İki gün əvvəl Monako rəhbərliyi bütün ictimai obyektlərin bağlanması ilə bağlı qərar qəbul edib. Həmçinin martın 13-də Monakoda virusa üçüncü yoluxma faktı qeydə alınıb.

Monakoda yürüşün mayın 22-24-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Formula 1 rəhbərliyi Avstraliya, Çin, Bəhreyn və Vyetnam Qran-prilərini təxiri salıb. Niderland və İspaniya yürüşlərinin də ləğv olunması gözlənilir. Qurum yeni mövsümə iyunda Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi ilə start vermək istəyir.

Xəbər 746 dəfə oxundu.