“Neftçi” fəaliyyətini müvəqqəti olaraq dayandırıb
Bakının “Neftçi” futbol klubu fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, “Neftçi” böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb.

Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.

Xəbər 766 dəfə oxundu.