Respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının məşqləri dayandırılır
Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi respublikada fəaliyyət göstərən bütün taekvondo bölmələrindən və klublarından martın 29-dək məşqləri dayandırmağı tələb edib.

Bu barədə federasiyanın rəsmi “facebook” səhifəsində məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri nəzərə alınaraq taekvondo üzrə məşqlər dayandırılsın.

Xəbər 892 dəfə oxundu.