İdman gimnastikası üzrə dünya kubokunun ikinci gününə yekun vurulub
Martın 13-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kubokunun təsnifat yarışlarına yekun vurulub.

Turnirin ikinci günündə kişilər arasında dayaqlı tullanmada, dəstəli at üzərində, turnikdə, qadınlar arasında isə sərbəst hərəkətlərdə və gimnastika tiri üzərində hərəkətlərdə finalçılar müəyyənləşib.

Dayaqlı tullanmada finala Cehvan Şin (Koreya Respublikası), israilli Andrey Medvedev, İqor Radivilov (Ukrayna), Avstraliya təmsilçisi Ceyms Bakueti, belaruslu Yeqor Şaramkov, Kortni Talloç (Böyük Britaniya), türkiyəli Əbdülrəhman Mehdi Əlqamal və Xorxe Veqa Lopes (Qvatemala) vəsiqə qazanıb.

Hao Venq (Çin), yaponiyalı Takaaki Sugino, iranlı Səidrza Keyha, Rusiya təmsilçisi Vladislav Polyaşov, Nəriman Qurbanov (Qazaxıstan), kanadalı Tyerri Pellerin, rusiyalı Kirill Prokopyev və Filip Ude (Xorvatiya) dəstəli at üzərində hərəkətlərdə finala vəsiqə qazanıb.

Turnikdə hərəkətlərinin təsnifat yarışlarında Ümit Şamiloğlu (Türkiyə), niderlandlı Epke Zonderland,
Rusiya idmançısı Aleksey Rostov, avstraliyalı Tayson Bull, Sergey Yeltsov (Rusiya), isveçrəli Taha Serhani, braziliyalı Fransisko Barreto Junior və Nikolas İliopulos Yunanıstan) fərqləniblər.

Qadınlar arasında sərbəst hərəkətlərdə finala italiyalı Lara Mori, Vanessa Ferrari, Odri Russo (Kanada), Ukrayna idmançısı Angelina Radivilova, braziliyalı Tais Fidelis, Ondin Açamponq (Böyük Britaniya), Corciya-Rouz Braun (Avstraliya) və Rusiya gimnastı Yana Vorona adlayıblar.

Gimnastika tiri üzərində hərəkətlərdə uğurla çıxış edən Urara Aşikava (Yaponiya), Rebeka Andrade (Braziliya), ukraynalı Anastasiya Baçinskaya, avstraliyalı Emma Nedov, rusiyalı Yana Vorona, Ondin Açamponq (Böyük Britaniya), Tais Fidelis (Braziliya) və Mariya Xarenkova (Gürcüstan) finalda medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 813 dəfə oxundu.