İdman qurğularının fəaliyyəti müvəqqəti dayandırılır
Koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, vaxtında qabaqlayıcı tədbirlər görmək məqsədilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman komplekslərinin, digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır.

Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa çempionatı və “Formula 1” Azərbaycan qran-prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

Xəbər 707 dəfə oxundu.