Futzal üzrə Azərbaycan millisinin üzvü Rusiya çempionu ilə müqavilə imzalayıb
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Thaqo Bolinya karyerasını Rusiyanın “Tümen” klubunda davam etdirəcək.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bunadək Norilskin “Nikel” klubunda çıxış edən hücumçu Rusiya çempionu ilə mövsümün sonunadək anlaşıb.

O, yeni komandasına apreldə keçiriləcək UEFA Çempionlar Liqasının "Dördlər finalı"nda kömək edəcək.

Xəbər 609 dəfə oxundu.