Koronavirusla əlaqədar MotoGP-nin Argentina Qran-Prisi təxirə salınıb
Aprelin 17-19-da keçirilməsi planlaşdırılan MotoGP üzrə Argentina Qran-Prisi də koronavirus təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Qran-Prinin noyabrın 20-22-də keçirilməsi qərara alınıb.

Bundan əvvəl mövsümün birinci yarışı olan Qətər, daha sonra Tailand və ABŞ Qran-priləri də təxirə salınıb. Təqvimə əsasən, MotoGP yarışlarına mayın 3-də Madriddə keçiriləcək İspaniya Qran-Prisi ilə start veriləcəyi nəzərdə tutulur.

Xəbər 727 dəfə oxundu.