Beynəlxalq Basketbol Federasiyası bütün turnirlərin təxirə salındığını açıqlayıb
Beynəlxalq Basketbol Federasiyası martın 13-dən etibarən bütün turnirlərin təxirə salındığını açıqlayıb.

Bu barədə qərar sürətlə yayılan koronavirus epidemiyasından komandaların və texniki heyət üzvlərinin qorunması zərurəti əsas alınaraq qəbul edilib.

Yarışların bərpa ediləcəyi tarix barədə məlumat verilməyib.

Xəbər 766 dəfə oxundu.