“İdman” qəzetinin 80 illiyinə “Formula-1” töhfəsi
Devid Kulthard Bakıda çıxış edəcək

İyunun 17-də Bakının mərkəzindəki Neftçilər prospektində “Formula-1”in hazırkı çempionu “Red Bull Racing” komandasının nümunəvi çıxışları olacaq.
Red Bull şirkətinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edəcəyi bu çıxışlar eyni zamanda “İdman” qəzetinin 80 illik yubileyinə həsr olunacaq.
Nümunəvi çıxışlar zamanı Bakı sakinləri “Formula-1”in ən sürətli bolidi RB7-ni görə biləcəklər. RB7 Sebastyan Fottelə dünya çempionu olmağa, “Red Bull Racing” komandasına Konstruktorlar Kubokunda inamlı qələbə qazanmaqda kömək edib.

RB7 görünməmiş sürət, manevr qabiliyyəti, sürəti 2.5 saniyəyə 0-dan saatda 100 kilometrədək artırmaq bacarığı nümayiş etdirəcək.
Bolidini tanınmış yürüşçü, “Formula-1”in əfsanəsi, “Red Bull Racing” komandasının üzvü Devid Kulthard idarə edəcək.
Xatırladaq ki, “Formula-1”in ən gənc komandalarından biri olan “Red Bull Reding” 2005-ci ildə yaradılıb. Yeddi il ərzində o, ən mötəbər avtomobil yürüşündə 29 qələbə qazanıb.

Sebastyan Fettel və Mark Uebberin daxil olduqları komanda 2010-2011-ci illərdə mütləq çempion adını qazanıb. Sebastyan Fettel pilotlar arasında ikiqat dünya çempionu olub, komanda isə iki dəfə rəqibləri “Ferrari” və “McLaren”i geridə qoyaraq Konstruktorlar Kubokunu əldə edib.
Devid Kulhard “Red Bull Reding” komandasının menecmentinə daxildir. Yeniyetmələr arasında “Formula”da görünməmiş yüksəlişdən sonra Devid “Formula-1”i fəthinə başlayıb. Andrian Nyuinin bolidlərində o, 13 Qran-prinin qalibi olub, 62 dəfə podiuma qalxıb.

Qeyd edək ki, nümunəvi çıxışlara iyunun 17-də, saat 17-də start veriləcək.

Xəbər 2543 dəfə oxundu.