Naxçıvanlı karateçilər beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər
Bakı Şəhər Boks İdman Mərkəzində dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunan 11-ci “Baku Open” beynəlxalq karate turnirində naxçıvanlı idmançılar uğurlu nəticələr əldə ediblər.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 2 idmançısı da turnirdə mübarizə aparıb və qaliblər sırasına öz adlarını yazdırmağı bacarıb. Belə ki, tatami üzərinə çıxan 18-21 yaş qrupunda +84 kiloqram çəki dərəcəsində Aslan İsmayılov və 16-17 yaş qrupunda 55 kiloqram çəki dərəcəsində Rəşad Qasımov beynəlxalq turnirin bürünc medalını qazanıblar.

Sonda diplom və medallar verilib.

Qeyd edək ki, turnirdə fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edib.


Xəbər 821 dəfə oxundu.