Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında Xanım Balacayeva liderliyini qoruyub
Martın 11-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib.

Bu turda Gülnar Məmmədova ilə heç-heçə edən turnir cədvəlinin lideri Xanım Balacayeva liderliyini qoruyub.

Ondan yarım xal geri qalan Gülnar Məmmədova ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, yeddi turun nəticəsinə görə, X.Balacayeva 5,5, G. Məmmədova 5, G.Beydullayeva, Türkan Məmmədyarova 4,5, Z.Məmmədyarova 4, Ayan Allahverdiyeva, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla 2,5, Səbinə Rzalı, Mələk İsmayıl 2 xal qazanıblar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.

Xəbər 767 dəfə oxundu.