Fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub
Martın 16-dan 22-dək Kanadanın Monreal şəhərində keçirilməsi nəzərdə tutulan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv edilib.

Kvebek əyalətinin rəhbərliyi bu addımı koronavirus epidemiyasına görə atıb.

Yubiley - 110-cu dünya çempionatının nə vaxt keçiriləcəyi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Kanada rəhbərliyi ölkədə təşkil olunacaq qadın hokkeyçilər arasında dünya çempionatını da ləğv edib.

Xəbər 747 dəfə oxundu.