Kuba millisinin Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku üçün heyəti açıqlanıb
Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə 42 ölkədən 158 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Kuba millisinin yarış üçün heyəti açıqlanıb. Yarışda Rendi Leru və Yeseniya Ferrera medallar uğrunda güclərini sınayacaqlar.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Xəbər 832 dəfə oxundu.