Bülənd Qorxmaz "Bakı"nı ziyarət etdi
"Bakı"nın sabiq baş məşqçisi Bülənd Qorxmaz bu gün keçmiş komandasını ziyarət edib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2 il əvvəl Azərbaycandan ayrılan türkiyəli mütəxəssis 2009/10 mövsümündə çalışdırdığı “zolaqlılar”ın təlim-məşq bazasında gəzişərək, gördüklərindən məmnun qaldığını bildirib.

Klub infrastrukturuna ən yüksək qiymət verən Qorxmaz belə şəraitdə əla futbolçuların yetişəcəyinə əmin olduğunu söyləyib. Klub prezidenti Hafiz Məmmədova futbolun inkişafında göstərdiyi xidmətlərə xüsusi təşəkkürünü bildirən türkiyəli qonaq "Bakı"ya Avropa sahələrində uğurlar arzulayıb. İcraçı-direktor Yaşar Seyidov fəxri qonağa klub atributları hədiyyə edib.

Qeyd edək ki, “Qalatasaray”ın əfsanəvi kapitanı Korkmaz həmyerlisi, “Fənərbağça”nın sabiq futbolçusu Səlcuk Yula ilə birgə “Topaz”ın dəvəti ilə ölkəmizdə səfərdədir.

Xəbər 991 dəfə oxundu.