SGS: AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti standartlara uyğundur
İsveçrənin SGS şirkəti 2019-cu ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Şirkət tərəfindən AFFA-ya təbrik məktubu ünvanlanıb.

Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur. Lisenziyalaşdırma qrupu 2020-2021-ci il mövsümü çərçivəsində Azərbaycan klublarının avrokuboklarda iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Xəbər 856 dəfə oxundu.