Cüdo üzrə lisenziya xarakterli turnirlərin müddəti uzadılıb
Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusun yayılması səbəbindən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salsa da, təsnifat dövrünü uzadıb.

Lisenziya xarakterli turnirlər iyunun 30-na qədər davam edəcək. Bu barədə İJF-in İcraiyyə Komitəsinin martın 10-da keçirilən iclasında məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası bundan əvvəl Yekaterinburqda planlaşdırılan “Böyük Dəbilqə” turnirinin, həmçinin Tbilisi və Antalya Qran-prilərinin baş tutmayacağı barədə məlumat yayıb.

Xəbər 993 dəfə oxundu.