Avstraliya Qran-Prisinin rəhbərliyi koronavirusa baxmayaraq azarkeşlərin tribunalara buraxılacağını təsdiqləyib
Avstraliya Qran-Prisinin rəhbəri Endrü Uestakott bəyan edib ki, Formula 1 çempionatının ənənəyə görə növbəti mövsümünü açacaq Melburn mərhələsini azarkeşlərin ziyarət etmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

Koronavirus infeksiyasının yayılma təhlükəsi ilə bağlı mərhələnin tamaşaçısız keçirilməsi ehtimalının olması sualına Uestakott belə cavab verib: “Xeyr, heç bir şans yoxdur”.

Avstraliya Qran-Prisi martın 13-dən 15-dək Avstraliyada keçiriləcək.

Xatırladaq ki, koronavirusla əlaqədar bütün dünyada idman tədbirləri kütləvi şəkildə ləğv edilir və yaxud təxirə salınır. Formula 1-də artıq Çin Qran-Prisi qeyri-müəyyən tarixədək təxirə salınıb. Həmçinin Vyetnam Qran-Prisinin keçirilməsi də sual altındadır. Bəhreyn Qran-Prisinə gəlincə, bu mərhələdə tamaşaçılar tribunalara buraxılmayacaq.

Xəbər 883 dəfə oxundu.