Xorvatiya komandası Bakıda keçiriləcək dünya kubokunda 5 gimnastla təmsil olunacaq
Xorvatiya millisi martın 12-15-də Milli Gimnastika Arenasında keçiriləcək idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışlarında 5 idmançı ilə təmsil olunacaq.

Turnirdə Xorvatiya millisinin heyətində Filip Ude, Robert Seliqman, Aurel Benoviç, Tiyana Korent və Ana Derek çıxış edəcəklər.
Yarışda 42 ölkədən 158 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Xəbər 1203 dəfə oxundu.