Türkiyə millisinin Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku üçün heyəti açıqlanıb
Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

Turnirdə 42 ölkədən 158 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Türkiyə millisinin yarış üçün heyəti açıqlanıb. Yarışda Mustafa Arca, Sercan Demir, Ferhat Arıcan, İbrahim Çolak, Ahmet Önder, Ümit Salimoğlu, Ceren Biner, Bilge Tarhan, Dilara Yurtdaş, Nazlı Savranbaşı və Cemre Kendirci medallar uğrunda güclərini sınayacaqlar.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Xəbər 1189 dəfə oxundu.