Beynəlxalq Cüdo Federasiyası aprelin 30-dək keçirilməsi nəzərdə tutulan bütün turnirləri ləğv edib | |
Beynəlxalq Cüdo Federasiyası koronavirusun yayılması ilə əlaqədar aprelin 30-dək keçirilməsi nəzərdə tutulan bütün turnirləri ləğv etmək qərarına gəlib. Təşkilat Yekaterinburqda planlaşdırılan “Böyük Dəbilqə” turnirinin, həmçinin Tbilisi və Antalya Qran-Prilərinin baş tutmayacağı barədə məlumat yayıb. Məlumatda deyilir: “Təəssüf ki, vəziyyət indi təhlükəli və kritikdir. Bu çətin günlərdə cüdo ailəsinin təhlükəsizliyini təmin etmək, eyni zamanda, Olimpiada seçimlərində iştirak edən bütün idmançılara şans vermək çox vacibdir”. |
|
Xəbər 1170 dəfə oxundu. |
|
|