Azərbaycan badmintonçusu “VI Jamaica International-2020” turnirində iştirak edib
Martın 10-da Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Yamaykanın paytaxtı Kinqstonda keçirilən “VI Jamaica International-2020” turnirində iştirak edib.

Təmsilçimiz mübarizəyə onaltıdabir final mərhələsindən başlayıb. E.Dviçayo birinci görüşündə yerli idmançı Dennis Kokeni 2:0 hesabı ilə məğlub edib. Səkkizdəbir final mərhələsində macarıstanlı Gerqey Krausu 2:0 hesabı ilə üstələyən idmançımız dörddəbir finalda Yaponiya təmsilçisi Takuma Obayaşi ilə üz-üzə gəlib. Bu mərhələdə idmançımız 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, turnirdə 60 idmançı iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Xəbər 1027 dəfə oxundu.